AccessBank-ın İdarə Heyətinə yeni sədr təyin olunub | Banco.az

AccessBank-ın İdarə Heyətinə yeni sədr təyin olunub

İdarə Heyətinin sədr vəzifəsini Rolf Reichardt tutacaq.

Bakı, 14 aprel 2017.AccessBank-ın İdarə Heyətinin sədri Michael Hoffmannın beş illik səlahiyyət müddətinin bitməsi ilə əlaqədar olaraq, Bankın Səhmdarların Ümumi Yığıncağının qərarı ilə bu vəzifəyə Rolf Reichardt təyin olunub. Doktor Rolf Reichardt 2014-cü ildən AccessBank-da Maliyyə üzrə İcraçı Direktor vəzifəsində çalışıb.

“AccessBank-ın güclü komandası ilə çalışacağımdan və əvvəlki sədrin uğurlu fəaliyyətini davam etdirməkdənçox məmnunam. Azərbaycanın aparıcı banklarından biri olaraq biz hər zaman olduğu kimi müştərilərimizə müasir və etibarlı maliyyə xidmətləritəqdim edəcəyik” – Rolf Reichardt öz şərhində bildirdi.

Ən sərfəli kredit üçün müraciət et

AccessBank-da iş fəaliyyətindən öncə Rolf Reichardt 20 ildən artıq Almaniyanın bir sıra iri banklarında risklərin idarə edilməsi üzrə müxtəlif vəzifələrdə çalışıb. O, Höte Universitetində fəlsəfə doktoru dərəcəsini alıb və Yeni Zelandiyanın Oklend, Almaniyanın Kil və ABŞ-ın Yuta universitetlərində iqtisadi təhsil alıb. 

Ən sərfəli krediti almaq üçün müraciət et