"AccessBank-ın depozit porteli 166 milyon manat artıb" - Anar Həsənov | Banco.az

"AccessBank-ın depozit porteli 166 milyon manat artıb" - Anar Həsənov

2019-cu ilin yanvar - avqust ayları ərzində AccessBank-ın depozit porteli 166 milyon manat artıb.

Bunu Almaniya - Azərbaycan biznes forumunda çıxışı zamanı AccessBank-ın İdarə Heyətinin sədri Anar Həsənov bildirib.

Sədr qeyd edib ki, ötən ilin müvafiq dövrü ərzində artım 72 milyon manat təşkil etmişdi. "Tendensiyaya diqqət yetirsək görərik ki, yeni açılan depozitlərin mütləq əksəriyyəti - 164 milyon manatı milli valyutanın payına düşüb", - deyə bank rəhbəri xüsusilə vurğulayıb.

Cənab Həsənov onu da bildirib ki, avqustun sonuna bankın depozit portfelinin həcmi 674 milyon manat təşkil edib.

BANKDAN ALINAN KREDİTLƏR DƏ ARTIR

Anar Həsənov əlavə edib ki, AccessBank mikro kreditləşmə sahəsində bazardakı liderliyini qoruyur.  

Ən sərfəli kredit üçün müraciət et

Onun sözlərinə görə, hazırda mikro kreditləşmə sahəsində bankın bazar payı 52% təşkil edir.

Bank rəhbəri qeyd edib ki, yanvar - avqust ayları ərzində bankın mikro kredit portfeli 51 milyon manat artıb. Ötən ilin analoji dövründə artım 29 milyon manat təşkil etmişdi.

Cənab Həsənov vurğulayıb ki, ümumilikdə cari ilin qeyd edilən dövründə 194 milyon manat mikro kredit verilib. Halbuki, ötən ilin müvafiq dövrü ərzində bu göstərici 124 milyon manat olub. Sədr onu da bildirib ki, avqustun sonuna cari mikro kredit portfelinin həcmi 218 milyon manatdır.

"AccessBank orta hesabla ay ərzində 6000 mikro kredit verir. Hazırda mikro kredit üzrə müştərilərimizin sayı 55000 nəfəri ötüb", - deyə o vurğulayıb.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et