AccessBank-ın aktivləri 93 milyon manatdan çox artıb | Banco.az

AccessBank-ın aktivləri 93 milyon manatdan çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

AccessBank 2024-cü ildə əsas göstəricilər üzrə dinamik artım nümayiş etdirib. 

Banco.az bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, hesabat ilində AccessBank-ın xalis mənfəəti 14 milyon 224 min manat və ya 35,7% artaraq 54 milyon 62 min manata çatıb. Bank 2023-cü ildə 39 milyon 838 min manat xalis mənfəət əldə etmişdi.

Bankın aktivləri 2023-cü ilin sonu ilə müqayisədə 93 milyon manat və ya 6,7% artaraq 2024-cü ilin 31 dekabr tarixinə 1 milyard 485 milyon 294 min manat təşkil edib.

Bankın kredit portfeli 137 milyon 785 min manat və ya 13,6% artaraq 2024-cü ildə 1 milyard 151 milyon 550 min manata yüksəlib. Hesabat dövründə AccessBank-ın depozit portfelinin həcmi isə 1 milyard 26 milyon 483 min manat təşkil edib. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram