AccessBank ilə yaddaqalan iki gün: jurnalistlər üçün press-tur | Banco.az

AccessBank ilə yaddaqalan iki gün: jurnalistlər üçün press-tur

Oktyabr ayının 7 və 8-i tarixilərində AccessBankın təşkilatçılığı ilə iqtisadi-jurnalistika sahəsində çalışan müxbirlər üçün Azərbaycanın ən gözəl bölgələrindən biri olan qədim Qəbələ şəhərində press-tur baş tutub.

Press-tur çərçivəsində jurnalistlərə tanınmış təlimçi və eyni zamanda BP şirkətinin xarici əlaqələr üzrə meneceri Rəşad Bayramov tərəfindən “Təsirli nitqin 4 sirri” mövzusunda təlim keçirildi. İştirakçılar müxtəlif təqdimatlar, rəsmi və ya qeyri rəsmi çıxışlar zamanı auditoriyanı diqqətini özünə sürətli cəlb etmək, informasiyanı daha yaddaqalan, maraqlı və canlı şəkildə təqdim etmək, nitq zamanı auditoriyanı sürətli şəkildə əla almaq və onun etimadını qazanıb diqqətini sizə lazım nüanslara yönəltmək ilə bağlı müxtəlif taktiki biliklərə yiyələndi.

İki hissədən ibarət olan təlimin ikinci hissəsində tədbir iştirakçıları öyrəndikləri taktikaları elə “isti-isti” tətbiq etmək və nəticəni əyani şəkildə qiymətləndirmək imkanı qazandı.  

Gunay Jalilova adlı şəxsin şəkli.

Həmçinin, jurnalistlər iki il öncə baş tutmuş (həmin zaman da təlimçi Rəşad Bayramov olmuşdur) unudulmaz Şamaxı press turunda əldə etdikləri bilikləri sonra müxtəlif zamanlarda necə tətbiq etmələri və nəticədə  aldıqları uğurlu müsahibələr ilə bağlı maraqlı xatirələrini paylaşdı. Bu isə bir daha sübut edir ki, təlimlərdə əldə edilən biliklər həqiqətən jurnalistlərin işinə yarayır və sadəcə təlim otaqlarında qalmayıb, real praktika tətbiq edilir.

Ən sərfəli kredit üçün müraciət et

Təlimin qeyri rəsmi hissəsində isə iştirakçılar öz təcrübələrini paylaşmış, Qəbələnin müasir otellərindən birində (Qafqaz Thermal Hotel and Spa) dincəlmək şansı əldə edərək, həmçinin kanatlar vasitəsi ilə Tufandağın sıldırımlı yamaclarını izləmiş və Qəbələ zonasına aid spesifik, yerli mətbəx taamlarının dadmaq şansı əldə etmişdir.   

Ən maraqlı nüanslardan biri isə odur ki, bu təlimdə bir-birinə rəqib olan agentliklər və ya portalların əməkdaşları olduqca həmrəy bir ortamda bir araya gəlmiş, öyrənməklə yanaşı, həm də bol nikbin anlar yaşamış, birlikdə əylənmiş və bir sözlə bu iki günlük müddəti səmərəli istirahət etmişdir.

Banco.az komandası olaraq, bu tədbirə dəvət üçün AccessBankın Marketinq və PR komandasına xüsusi təşəkkür edirik. Əminik ki, bizim kimi bütün iştirakçılar bu turdan ən pozitiv təəssüratlar ilə ayrılmışdır. AccessBankın mediaya qarşı bu diqqəti sektorun digər nümayəndələri üçün də gözəl örnək ola bilər.    

Ən sərfəli krediti almaq üçün müraciət et