AccessBank ilə pulunuz daşdan yox, kartdan çıxsın! | Banco.az

AccessBank ilə pulunuz daşdan yox, kartdan çıxsın!

Deyirlər ki, pul pulu gətirər. "AccessBank"ın "Visa" və "MasterCard" kart sahibləri Mərkəzi Bankın keçirdiyi "Kartla ödə, kartla qazan" adlı lotereyada iştirak etməklə bir daha bunu sınaqdan keçirə bilərlər.

2019-cu ilin aprelin 30-dək davam edəcək lotereyada hər ay ölkə üzrə 600 müştərinin hər biri 50 manat qazanmaq imkanı əldə edir.

Bankın POS-terminallarında minimum 5 manat məbləğində aparılan hər bir nağdsız əməliyyat kart istifadəçisinə avtomatik olaraq lotereyada iştirak hüququ və 1 şans qazandırır. Başqa sözlə, daha çox əməliyyat daha çox şans deməkdir. Lotereyada bütün növ ödəniş kartları iştirak edir.

Ətraflı məlumat üçün: https://www.cbar.az/page-133/stimullasdirici-lotereya

Daşdan pul çıxarmağa ehtiyac yoxdur, pulunuzu kartdan çıxarın!

Qeyd edək ki, "Visa" və "MasterCard" kartlarını "AccessBank"ın filiallarından və ya saytından sifariş etmək mümkündür.