AccessBank iki nominasiya üzrə mükafata layiq görülüb | Banco.az

AccessBank iki nominasiya üzrə mükafata layiq görülüb

Azərbaycan Banklar Assosiasiyası (ABA) AccessBank-ı iki nominasiya üzrə mükafata layiq görüb.

Belə ki, ABA-nın keçirdiyi "Bankçılıq mükafatları - 2018" adlı tədbirdə AccessBank "Korporativ sosial məsuliyyət" və "Ən fəal təhsil dəstəkçisi" nominasiyaları üzrə mükafatlandırılıb.

Mükafat AccessBank-ın Korporativ bankçılıq/Marketinq departamentinin direktoru Günay Cəlilovaya təqdim olunub.

Ən sərfəli kredit üçün müraciət et

Bu il AccessBank-ın Korporativ sosial məsuliyyət siyasətinin ana xətti kimi təhsil sahəsinin müəyyən olunduğunu yada salan departament direktoru bildirib ki, bu baxımdan mükafatlar bankın siyasətinin effektiv olduğunu göstərir: "2018-ci il ərzində Korporativ sosial məsuliyyət siyasətimiz çərçivəsində reallaşdırdığımız layihələr, xüsusilə təhsilə göstərdiyimiz dəstək həm müştərilərimiz, həm kollektivimiz, həm də ictimaiyyət tərəfindən olduqca müsbət qarşılanıb. Sevindiricidir ki, Azərbaycan Banklar Assosiasiyası da fəaliyyətimizə yüksək qiymət verib".

Ən sərfəli krediti almaq üçün müraciət et