AccessBank III rübdə bütün əsas göstəricilər üzrə dinamik artım nümayiş etdirib | Banco.az

AccessBank III rübdə bütün əsas göstəricilər üzrə dinamik artım nümayiş etdirib

Müəllif: Gülnar Əhmədli, Banco.az

AccessBank 2023-cü ilin 3-cü rübü ərzində də bütün əsas göstəricilər üzrə dinamik artım nümayiş etdirib.

Banco.az Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, AccessBankın xalis mənfəəti 2022-ci ilin müvafiq dövrünün nəticəsi ilə müqayisədə 5.6 dəfə artaraq 29.3 milyon manata çatıb. 

Bankın aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 32.5% artaraq hesabat dövrünün sonunda 1.4 milyard manata çatıb.

Hesabat dövründə Bankın kredit portfeli 29.7% artaraq 992.4 milyon manata yüksəlib. Depozit portfelinin həcmi isə 1 milyard 25 milyon 559 min manata çatıb ki, bu da ötən ilin sonu ilə müqayisədə 19,2% çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et