AccessBank daha 60 milyon ABŞ dolları dəyərində kredit cəlb etdi | Banco.az

AccessBank daha 60 milyon ABŞ dolları dəyərində kredit cəlb etdi

AccessBank ilk dəfə olaraq tərkibində yalnız kommersiya banklarının iştirak etdiyi investor banklar qrupundan “Raiffeisen Bank International AG”in təşkilatçılığı ilə 60 milyon ABŞ dolları dəyərində sindikatlaşdırılmış kredit cəlb etdi.

Bu gün “JW Marriott Absheron” otelinin “Khojasan” zalında AccessBank-ın 60 milyon ABŞ dolları məbləğində sindikatlaşdırılmış kredit müqaviləsi imzalaması ilə bağlı tədbir keçirildi.

Tədbirdə Accessbankın rəsmiləri və həmçinin sindikatın üzvləri olan Raiffeisen Bank International AG, Bank ZENIT (OJSC), Burgan Bank S.A.K., Sviaz-Bank, Amsterdam Trade Bank N.V., Šiaulių Bankas AB, Banque de Commerce et de Placements banklarının nümayəndələri iştirak edirdilər.

2014-cü ilin yanvarında başlamış əməliyyat 25 milyon ABŞ dolları toplamağı qarşısına məqsəd qoyub. Beynəlxalq investorların ciddi marağına səbəb olan əməliyyat həddindən çox sərmayəçiləri özünə cəlb edib və beləliklə, məbləğ 60 milyon dollaradək artıb. Kreditin müddəti 1 illikdir, dəyəri isə Libor faiz dərəcəsi ilə +3.25% müəyyən edilib.

Tədbirdə çıxış edən AccessBank-ın Baş Meneceri Mixael Hoffmann bu kreditin əsasən 3 səbəbdən bank üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

1. “Bu AccessBank-ın tarixində investorlar qismində yalnız kommersiya banklarının çıxış etdiyi ilk sindikatlaşdırılmış kredit əməliyyatıdır. Bu isə onu göstərir ki, bank öz inkişaf yolunda yeni pilləyə qədəm qoymuşdur. Belə ki, bu vaxta qədər  bankın, əsasən, investisiya və inkişaf yönümlü maliyyə institutlarından maliyyə vəsaiti cəlb edirdi.

2. Bu sazişin imzalanması ilə Bank özünə çoxlu yeni partnyorlar qazanmışdır. Belə ki, sindikata 11 ölkəni təmsil edən fərqli banklar qoşulub və onların hər biri Accessbank üçün yeni partnyordur.

3. Bu kreditin imzalanlanması olduqca gərgin və maraqlı iqtisadi konyukturaya təsadüf edir. Belə ki, regiondakı Rusiya və Türkiyə kimi ölkələrdə güclü devalvasiya baş verir. Belə bir şəraitdə bu həcmdə kreditin və sazişin imzalanması həm AccessBanka, həm də Azərbaycan iqtisadi mühitinə olan etimadın nəticəsidir. 

Kredit ümumilikdə bankın maliyyələşməsinin divesfikasiyası baxımından əhəmiyyətli rol oynayır və onun məqsədi bütün növ bank əməliyyatlarının maliyyələşdirilməsinə yönələcək. Ənənəvi olaraq, mikro maliyyələşmə, kiçik və orta biznesin maliyyələşdirilməsi AccessBank üçün prioritet istiqamət olaraq qalacaq.

Könül Soltanova/Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et