AccessBank-ın uğurunun əsasını yüksək ixtisaslı kadrlar təşkil edir. Uzunmüddətli karyera yüksəlişi planları, bank daxilində müvəffəqiyyət qazanmaq imkanları, mütəmadi seminar və treninqlər, eləcə də stimullaşdırıcı ödəniş sistemi AccessBank-ın kadr siyasətinin özəyini təşkil edir. Bankın sürətli inkişafı və filiallar şəbəkəsinin genişlənməsi ilə əlaqədar olaraq daima savadlı kadr axtarışındayıq.
AccessBank gənc və perspektivli şəxsləri Kredit Mütəxəssisi vakansiyası üzrə işə dəvət edir.
AccessBank-da çalışmağın üstünlükləri:
- Sınaq müddəti ərzində əmək haqqı ilə təmin olunma;
- Stabil əmək haqqı və ədalətli mükafatlandırma sistemi;
- Mütəmadi seminar va treninqlər vasitəsilə ixtisası artırmaq imkanı;
- Gənc, fəal va təcrübəli mütəxəssislərlə əməkdaşlıq etmək imkanı;
- Ölkənin aparıcı banklarından birində kariyera yüksəlişi imkanı.
Namizədlər qarşısında qoyulan tələblər:
- Ali təhsil;
- Düzgünlük, operativlik və işdə dəqiqlik;
- Ünsiyyət qurmaq bacarığı və komanda ilə işləmək bacarığı.
Maraqlananlar, tərcümeyi-hallarını (CV) bankın istənilən filialında doldura, [email protected] elektron ünvanına göndərə bilər və ya sadəcə SMS ilə öz adlarını 8151 nömrəsinə göndərə bilərlər.