AccessBank-a etibar edənlərin sayı artmaqda davam edir - RƏQƏMLƏR | Banco.az

AccessBank-a etibar edənlərin sayı artmaqda davam edir - RƏQƏMLƏR

AccessBank 2017-ci il 30 sentyabr tarixinə olan maliyyə nəticələrini açıqlayıb.

Sözügedən tarixə bankın cəmi aktivlərinin həcmi 852,001 mln. manat təşkil edib. Onun 497,672 mln. manatını xalis kreditlər və lizinqlər, 65,168 mln. manatını nağd vəsaitlər, 114,118 mln. manatını isə AMB-ə tələblər təşkil edib.

Bankın depozit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 40%-ə qədər artaraq 376,792 mln. manat olub. Öhdəliklər isə 773,644 mln. manat həcmində qeydə alınıb.

Ən sərfəli kredit üçün müraciət et

Cari ilin 3-cü rübündə AccessBank-ın cəmi kapitalı 78,357 mln. manat təşkil edib.

2017-ci ilin sentyabr tarixinə bankın cəmi gəlirləri 22,906 mln. manat, aktivlər üzrə mümkün zərərlərin ödənilməsinə ayırmaları isə 21,343 mln. manat olub. 

Ən sərfəli krediti almaq üçün müraciət et