"Accessbank" 2015-ci ilin maliyyə hesabatını açıqlayıb.
banco.az xəbər verir ki, bankın cəmi kredit portfeli 2014-cü illə müqayisədə 12% artaraq 922 milyon 797 min manat təşkil edib. Kredit portfelinin 7,55%-nin və ya 69 milyon 693 min manatının ödəmə vaxtı keçib. 2015-ci ilin sonunda bankın məcmuu kapitalı 2014-cü ilə nisbətən 4% artmış və 158 milyon 240 min manat təşkil etmişdir.
Bankın maliyyə göstəricilərində imza atdığı ən böyük uğuru isə 2015-ci ili 13% artımla başa vuraraq cəmi aktivlərini 1 milyard 188 milyon 797.945 min manata yüksəltməsi olub.
Ötən il ərzində bankın depozit portfeli (banklar və digər maliyyə müəssisələri istisna olmaqla) 279 milyon 812.5 manat, öhdəlikləri 1 milyard 30 milyon 557.81 min manat təşkil etmişdir. "AccessBank”da əhalinin 172 milyon 154.43 min manat əmanəti var.
Ümumilikdə isə ötən ili "Accessbank" 1 milyon 706.26 min manat mənfəətlə başa vurmuşdur.
2015-ci il kimi çətin ili belə göstəricilər ilə başa vurması bankın vəziyyətinin sağlam olduğunu göstərir.