Tamara Mustafayeva, Banco.az
ABŞ 16 ölkə və adanı Covid-19 səbəbilə "yüksək riskli ölkələr" siyahısına əlavə edib.
Banco.az xarici mətbuata istinadla bildirir ki, ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının alınması Mərkəzi (CDC) 16 ölkə və adaya yeni növ koronavirus pandemiyası səbəbilə "bütün növ səhayətlərdən uzaq durun" tövsiyəsi edib.
CDC aralarında Yunanistan, İrlandiya, Liviya və İranın da olduğu 16 ölkə və adanı "yüksək riskli ölkələr" siyahısına əlavə edib.
"CDC"nin "Səviyyə 4" siyahısına əlavə etdiyi digər ölkələr isə Andorra, Qazağıstan, Malta, Cəbəllüttariq, Qvadelupa, Man adası, Martinika adası, Sen-Bartelemi adalar qrupu, ABŞ Vircin adaları və Müqəddəs Martin adasıdır
Bizi sosial şəbəkələrdən izləyin!!