Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ Bəhreyn, İsrail, Küveyt, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə silah satışını təsdiqləyib.
Banco.az xəbər verir ki, bu barədə Bloomberg məlumat verib. Sövdələşmələrin ümumi dəyəri 25,8 milyard dollar təşkil edir.
Bu məbləğ ABŞ hökumətinin ötən həftə açıqladığı göstəricidən təxminən üç dəfə çoxdur. Məlumata görə, ümumi satış həcmi ABŞ və İsrailin 28 fevralda Tehrana qarşı başlatdığı hərbi əməliyyatlardan sonra bölgədəki müttəfiqlərə dəstəyin gücləndirilməsi məqsədi daşıyır.
Hesabatda həmçinin vurğulanır ki, ABŞ-da silah istehsalının nisbətən yavaş tempi səbəbindən sursat və müdafiə sistemlərinin region ölkələrinə çatdırılma müddəti ilə bağlı suallar qalmaqdadır.
