ABŞ “yaşıl enerji”yə keçiddə Azərbaycana dəstək verməyə hazırdır | Banco.az

ABŞ “yaşıl enerji”yə keçiddə Azərbaycana dəstək verməyə hazırdır

“ABŞ dekarbonizasiya və “yaşıl enerji”yə keçidlə bağlı texnologiyaları Azərbaycanla bölüşmək istəyən ABŞ şirkətlərinin təşəbbüslərini dəstəkləməyə hazırdır”.

Bunu jurnalistlərə açıqlamasında ABŞ-ın ticarət katibinin qlobal bazarlar üzrə köməkçisi, ABŞ Xarici Ticarət Xidmətinin baş direktoru Arun Venkataraman deyib.

“Dekarbonizasiya prosesini təmin etmək üçün müəyyən texnologiyalar lazımdır. Özəl sektor bu işdə yardım göstərə bilər. Bəzi ABŞ şirkətləri Azərbaycanda dekarbonizasiyaya və “yaşıl enerji”yə keçidə töhfə versəydi, biz şad olardıq”, - A.Venkataraman vurğulayıb.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et