ABŞ xam nefti ötən 8 ayın minimumuna geriləyib | Banco.az

ABŞ xam nefti ötən 8 ayın minimumuna geriləyib

Tamara Mustafayeva, Banco.az

ABŞ xam nefti dolların rekord həddə qalxması və Çində yeni qapanmalarla bağlı narahatlıqlar fonunda yanvar ayından bəri qeydə alınan ən aşağı səviyyəyə düşüb.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, xam neft sentyabr ayına ucuzlaşaraq başlayıb və üç aylıq itkilər silsiləsi ilə davam edib ki, bu da ötən iki ildən çox müddətin ən pis göstəricisidir.

Nyu-York əmtəə birjasında 1,08% ucuzlaşan ABŞ xam neftinin bir bareli hazırda 85,94 dollara ticarət olunur.

Brent markalı neftin bir bareli isə 0,98% dəyər itirməklə 91,92 dollara düşüb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et