ABŞ xam neft idxalını 3,5% artırıb, ixracı isə 6,5% azaldıb | Banco.az

ABŞ xam neft idxalını 3,5% artırıb, ixracı isə 6,5% azaldıb

ABŞ xam neft idxalı keçən həftə gündəlik 230 min barel və ya 3,5% artaraq 6,81 mln barelə çatıb, neft ixracatı isə 236 min barrel və ya 6,5% azalaraq gündəlik 3,4 mln barelə enib.

Bu barədə ABŞ Enerji Məlumat İdarəsinin(EIA) hesabatında bildirilib.

Məlumata görə, keçən həftə ABŞ-da xam neft hasilatı gündəlik orta hesabla 100 min barrel və ya 0,8% artaraq 12,9 mln barelə çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, eyni dövrdə ölkənin gündəlik xam neft hasilatı Alyaska ştatında dəyişməyib, digər ştatlarda isə 100 min barel artım müşahidə edilib.

Xatırladaq ki, EIA gələn il ABŞ-ın gündəlik xam neft hasilatının 13,2 mln barel səviyyəsində olacağını proqnozlaşdırır.

Report

Ən sərfəli krediti almaq üçün müraciət et