Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ Venesuelanın neft, qaz və qızıl sektorlarına tətbiq etdiyi bəzi sanksiyaları dayandırıb.
Banco.az xəbər verir ki, Venesuela hökuməti müxalifətlə 2024-cü ildə seçki keçirmək barədə razılığa gəldikdən sonra ABŞ administrasiyası ölkənin neft, təbii qaz və qızıl sektorlarına tətbiq etdiyi sanksiyaların bir qismini geri çəkib.
ABŞ Maliyyə Nazirliyinin yaydığı bəyanatda bildirilib ki, Venesuela Unitar Platforması ilə Venesuela Prezidenti Nikolas Maduronun nümayəndələri arasında seçki yol xəritəsi sazişinin imzalanmasına cavab olaraq və Venesuela xalqına dəstək məqsədilə Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) bəzi sanksiyaların dayandırılması üçün 4 ümumi lisenziya verib.
Bəyanatda bu ümumi lisenziyalarla Venesuelada neft və təbii qaz sektorunu əhatə edən əməliyyatlara 6 aylıq müvəqqəti icazənin veriləcəyi, dövlətə məxsus qızıl mədən şirkəti Minerven ilə biznesə icazə veriləcəyi bildirilib.
Bizi sosial şəbəkələrdən izləyin!!