ABŞ Venesuelanın neft sektoruna tətbiq etdiyi sanksiyaları yumşaldıb | Banco.az

ABŞ Venesuelanın neft sektoruna tətbiq etdiyi sanksiyaları yumşaldıb

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ Venesuelanın neft sektoruna tətbiq etdiyi sanksiyaları yumşaldıb.

banco.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi şirkətlərə Venesuelanın dövlət neft şirkəti olan "Petróleos de Venezuela SA"  və onun filialları ilə müəyyən kommersiya əməliyyatları aparmağa icazə verən yeni ümumi lisenziya verib.

Nazirliyin açıqlamasına görə, qərar ABŞ-ın Venesuela ilə əməkdaşlıq çərçivəsində bu ölkənin enerji sektorunun yenidən aktivləşdirilməsi və bərpasına dəstək məqsədi daşıyır.

Bildirilib ki, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) tərəfindən təqdim olunan lisenziya ABŞ-da yerləşən şirkətlərə "PdVSA" və onun törəmə qurumları ilə geniş spektrli kommersiya əməliyyatları aparmaq imkanı yaradır.

Qeyd olunub ki, bu addım həm ABŞ, həm də Venesuela üçün iqtisadi baxımdan faydalı ola bilər. Eyni zamanda, mövcud neft tədarükünün artırılması ilə qlobal enerji bazarına da müsbət təsir göstərəcəyi gözlənilir.

Açıqlamada vurğulanır ki, yeni lisenziya Venesuelanın enerji sektoruna investisiyaların artmasına da təkan verə bilər.