ABŞ, Venesuelanın dövlət neft şirkətinə sanksiya tətbiq etdi | Banco.az

ABŞ, Venesuelanın dövlət neft şirkətinə sanksiya tətbiq etdi

Venesuela Prezidenti Nikola Maduronun legitimliyini qəbul etməyən ABŞ rəhbərliyi, Venesuelanın dövlət neft şirkəti PDVSA-ya (Petroleos de Venesuela) sanksiya tətbiq edib. Qərara əsasən sözügedən şirkət və onunala əlaqəli bütün aktivləri sanksiya siyahısına daxil edilib. 

Ağ Evdə keçirilən mətbuat konfransında Milli Təhlükəsizlik Məsləhətçisi Con Bolton ilə ABŞ Xəzinə Naziri Stivin Mnuçin sözügedən sanksiya qərarını açıqlayıblar.

Ən sərfəli kredit üçün müraciət et

Bolton, Maduronun artıq legitimliyinin qalmadığını və "müvəqqəti dövlət başçısı" olaraq Xuan Quaidoyu tanıdıqlarını bildirib.

Mnuçin, Maduronun idarəetmə legitimliyini tanımadıqlarını qeyd edərək, bu çərçivədə Venesuelanın PDVSA şirkətini sanksiya siyahısına daxil etdiklərini bildirib. 

Mnuçin, bu şirkətlə iş görən digər şəxslərin sözügedən sanksiyalara tabe olması lazım olduğunu qeyd edib.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et