Müəllif - Aida İsaq, Banco.az
Birləşmiş Ştatlar ölkənin ən böyük neft şirkətlərindən biri olan "American Chevron Corp"a Venesuelada neft çıxarmaq üçün lisenziya vermək niyyətindədir.
Banco.az xəbər verir ki, məlumata görə, bu, ölkəyə qarşı sanksiyaların yumşaldılmasına işarədir.
"Chevron"a olan borc ödənilmədiyi üçün hələlik yeni investisiyaların ayrılması gündəmdə deyil.
Qeyd edək ki, iyul ayında Venesuelanın vahid sosialist partiyasının vitse-prezidenti Diosdado Kabello ABŞ-ı ölkənin neft obyektlərinə hücumlarda günahlandırıb. Venesuela 2019-cu ildən bəri ABŞ-ın neft sanksiyalarına məruz qalır. Bu ilin iyununda dövlət departamenti İtaliyanın "Eni" və İspaniyanın "Repsol" şirkətlərinə Venesueladan Avropaya neft tədarük etməyə icazə verib.
Bizi sosial şəbəkələrdən izləyin!!