ABŞ və Ukrayna bir trilyon dollar dəyərində bir müqavilə imzalayacaqlar | Banco.az

ABŞ və Ukrayna bir trilyon dollar dəyərində bir müqavilə imzalayacaqlar

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ və Ukrayna təxminən bir trilyon dollar dəyərində bir müqavilə imzalayacaqlar.

Banco.az xəbər verir ki, Britaniyanın "The Telegraph" nəşrinin məlumatına görə, ABŞ və Ukrayna təxminən trilyon dollarlıq yenidənqurma müqaviləsi imzalayacaqlar.

Sazişin Ukraynaya on il ərzində 800 milyard dollar yardım göstərəcəyi deyilir. Bu, ölkənin yenidən qurulmasına və hərbi əməliyyatların bitməsindən sonra iqtisadi dirçəlişə imkan verməlidir.

Qəzetin məlumatına görə, imzalanma Davosda ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenskinin iştirakı ilə baş tutacaq.