Müəllif - Aida İsaq, Banco.az
ABŞ və Çin arasında yaşanan gərginlik dünya iqtisadiyyatının parçalanmasına və əməliyyatların “dost ölkələrə” doğru yönəldilməsinə gətirib çıxarıb. Bu isə qlobal ÜDM-yə öz mənfi təsirini göstərə bilər.
Banco.az xəbər verir ki, Beynəlxalq Valyuta Fondunun (BVF) mütəxəssisləri bu qənaətə gəlib. Ekspertlər bu vəziyyətin ölkələri yoxsulluğa doğru apardığını bildirir. Bununla yanaşı, ABŞ və Çin arasındakı qeyri-müəyyənliyin dərinləşməsi bank sisteminə də öz təsirini göstərə bilər. Təchizat zəncirlərində və əmtəə bazarlarında uğursuzluqlar daxili iqtisadi artımı ləngidir və inflyasiyanı stimullaşdırır.
Bizi sosial şəbəkələrdən izləyin!!