Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ və Çin danışıqları davam etdirməyə razıdırlar.
Banco.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyi tərəfindən Cümə günü yayımlanan açıqlamaya görə, Çin Xarici İşlər nazirinin müavini Ma Çjaoxu ilə ABŞ Dövlət katibinin müavini Kristofer Landau arasında keçirilən telefon danışığından sonra, ABŞ və Çin arasında danışıqların davam etdirilməsi barədə razılıq əldə olunub.
Açıqlamada qeyd olunub ki, cümə axşamı baş tutan görüşdə iki tərəf vacib məsələlər üzrə fikir mübadiləsi aparıb, lakin təfərrüatlar açıqlanmayıb.
ABŞ Dövlət Departamenti də oxşar bir açıqlama verərək, ikitərəfli münasibətlərin əhəmiyyəti ilə bağlı ortaq mövqeyə gəlinildiyini və əlaqə kanallarının açıq saxlanması barədə razılıq əldə olunduğunu bildirib.
Bu açıqlama tərəflər arasında bu ayın əvvəlində İsveçrədə keçirilmiş görüşdən və tariflərin azaldılmasından sonra, Pekin ilə Vaşinqtonun qarşılıqlı tənqidlərini davam etdirdiyi bir dövrdə verilib.
Bizi sosial şəbəkələrdən izləyin!!