“ABŞ və Çin arasındakı rəqabət qlobal iqtisadiyyata böyük zərər verə bilər” | Banco.az

“ABŞ və Çin arasındakı rəqabət qlobal iqtisadiyyata böyük zərər verə bilər”

Müəllif - Aida İsaq, Banco.az

Qlobal maliyyə sistemində ABŞ və Çin iki bloka ayrılarsa dünya iqtisadiyyatı ÜDM-nin onda birinə qədərini itirə bilər. 

Banco.az xəbər verir ki, bu barədə Ümumdünya Ticarət Təşkilatının (ÜTT) rəhbəri Nqozi Okonjo-İveala xəbərdarlıq edib. İki ölkə arasındakı rəqabət səbəbindən qlobal ÜDM-in 5 faiz azalması ilə bağlı ilkin proqnoz daha sonra yenidən 8,7 faizə endirilib. Bundan başqa, ÜTT onlayn ticarət artımının qlobal iqtisadi əlaqələrin inkişafına töhfə verəcəyini gözləyir. 2020-ci ildən 2022-ci ilə qədər onlayn satışlar artaraq bütün qlobal ticarətin 13 faizini təşkil edir. ÜTT rəhbəri həmçinin tədarük zəncirləri ilə bağlı problemlərin uğurla həll olunduğunu qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram