ABŞ və Aİ arasında texnologiya sahəsində əməkdaşlıq əldə edilib | Banco.az

ABŞ və Aİ arasında texnologiya sahəsində əməkdaşlıq əldə edilib

Tamara Mustafayeva, Banco.az

ABŞ və Avropa İttifaqı (Aİ) texnologiya sektorunda sıx əməkdaşlığı davam etdirmək barədə razılığa gəldiklərini, rəqəmsal sektordakı siyasət və təcrübələrlə bağlı fikir və məlumat mübadiləsinin həyata keçirildiyini elan ediblər.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Aİ və ABŞ-ın yüksək səviyyəli rəsmiləri Brüsseldə keçirilən 2-ci “Aİ-ABŞ Birgə Texnologiya Rəqabət Siyasəti Dialoqu” iclası çərçivəsində görüşüblər.

Aİ Komissiyasının baş vitse-prezidenti Marqret Vestager, ABŞ Federal Ticarət Komissiyasının (FTC) sədri Lina Xan və ABŞ Ədliyyə Departamentinin antiinhisar şöbəsi üzrə baş prokurorunun müavini Conatan Kanterin iştirak etdiyi görüşdən sonra birgə bəyanat yayımlanıb.

Bəyanatda bildirilib ki, Avropa və ABŞ-ın rəqabət qurumlarının rəhbərləri rəqəmsal sektorda ədalətli rəqabətin təmin edilməsi və təşviqi istiqamətində həyata keçirilən əməkdaşlıq səylərində əldə olunan tərəqqini qiymətləndiriblər.

Ən sərfəli kredit üçün müraciət et

Texnologiya sahəsinin perspektiv təhlili, rəqəmsal sektorda yarana biləcək problemlər, rəqəmsal məhkəmə işlərində effektiv həll yollarının müəyyən edilməsi, rəqəmsal iqtisadiyyatda birləşmə tənzimləmələri kimi mövzuların müzakirə edildiyi vurğulanan bəyanatda Aİ və ABŞ birgə dialoq görüşləri vasitəsilə texnologiya sektorundakı problemlərə qarşı sıx əməkdaşlıq etdiyi qeyd edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et