ABŞ Ukraynaya yeni yardım paketini elan edəcək | Banco.az

ABŞ Ukraynaya yeni yardım paketini elan edəcək

Müəllif:Ayşən İmanova/Banco.az

İyunun 25-də Vaşinqton Kiyevə təxminən 150 milyon dollar dəyərində yeni hərbi yardım paketini elan edəcək.

Banco.az xəbər verir ki, bu barədə “Associated Press“ məlumat yayıb.

Bildirilir ki, yeni yardım paketinə Kiyevin ehtiyac duyduğu döyüş sursatları, o cümlədən “HIMARS” raket sistemləri daxildir.

Qeyd edək ki, ABŞ sonuncu dəfə iyunun 7-də Ukraynaya yeni yardım paketini açıqlamışdı. Onun dəyəri 225 milyon dollar idi.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et