Müəllif:Ayşən İmanova/Banco.az
ABŞ hakimiyyəti mayın 24-də Ukraynaya 275 milyon dollar məbləğində əlavə hərbi yardımın ayrılmasını elan edə bilər.
Banco.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Nəşrin məlumatına görə, ABŞ-nin Ukraynaya yeni yardım paketinə “HIMARS” çoxillik raket sistemi üçün raketlər, həmçinin 155 mm və 105 mm-lik artilleriya mərmiləri daxil ola bilər.
Qeyd edək ki, ABŞ-nin bu yardım paketi aprelin sonunda ABŞ Konqresinin Ukrayna və müttəfiqlərinə xaricdən maliyyələşmə ilə bağlı çoxdan gözlənilən qanun layihəsini qəbul etdikdən sonra dördüncü yardım paketi olacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!