ABŞ Ukraynaya hərbi yardımın həcmini azaldıb | Banco.az

ABŞ Ukraynaya hərbi yardımın həcmini azaldıb

Müəllif:Ayşən İmanova/Banco.az

Birləşmiş Ştatlar ötən illə müqayisədə 2024-cü ildə Ukraynaya hərbi yardımın həcmini azaldıb.

Banco.az xəbər verir ki, bu, Pentaqonun hesabatından aydın olub.

Ən sərfəli kredit üçün müraciət et

Məlumata görə, bu il ABŞ-nin Kiyevə hərbi yardımının həcmi 2023-cü illə müqayisədə azalaraq 19,5 milyard dollar təşkil edib.

Qeyd olunur ki, 2023-cü ildə Amerikanın Ukraynaya yardımının həcmi 24,7 milyard dollar, 2022-ci ildə isə 19,875 milyard dollar təşkil edib.