Müəllif:Ayşən İmanova/Banco.az
Amerika administrasiyası Ukraynaya piyada əleyhinə minalar da daxil olmaqla 725 milyon dollar dəyərində daha bir silah paketi göndərməyə hazırlaşır.
Banco.az xəbər verir ki, bu barədə "Associated Press" (AP) məlumat yayıb.
Məlumata görə, hərbi yardım paketinə pilotsuz uçuş aparatlarına qarşı sistemlər və HIMARS reaktiv yaylım atəş sistemləri üçün döyüş sursatları da daxil olacaq.
Agentliyə danışan ABŞ rəsmiləri ATACMS taktiki ballistik raketlərinin paketə daxil edilib-edilməyəcəyini dəqiqləşdirməyiblər.
Yardım paketinin nə vaxt rəsmən elan ediləcəyi açıqlanmayıb.