Tamara Mustafayeva, Banco.az
ABŞ prezidenti Co Bayden Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığında Ukraynaya 625 milyon dollarlıq yeni təhlükəsizlik yardımı ayırdığını açıqlayıb.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Ağ Evdən verilən yazılı bəyanata görə, Bayden dünən Zelenski ilə telefon danışığı aparıb.
ABŞ-ın Rusiyanın Ukraynanı ilhaqını heç vaxt tanımayacağını vurğulayan Bayden Ukraynaya yardımlarını hər zaman davam etdirəcəklərini bildirərək 625 milyon dollarlıq yeni təhlükəsizlik yardımını elan edib.
Bizi sosial şəbəkələrdən izləyin!!