ABŞ Ukraynaya 61 milyard dollarlıq yardım ayırdı | Banco.az

ABŞ Ukraynaya 61 milyard dollarlıq yardım ayırdı

Müəllif:Ayşən İmanova/Banco.az

ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya yardım üçün 61 milyard dollar ayrılmasını təsdiqləyib. Səsvermənin nəticələrinə görə, 311 konqresmen lehinə, 112-si isə əleyhinə çıxıb. 

Banco.az xəbər verir ki, qanun layihəsi baxılmaq üçün ilk növbədə Senata göndəriləcək. Senatorlar tərəfindən təsdiqləndiyi təqdirdə, sənədi ABŞ prezidenti Co Bayden imzalayacaq.

Qanun layihəsində göstərilir ki, yardım təmənnasız deyil, kreditlə veriləcək. Təklif olunan məbləğin hamısı silahların təhvil verilməsinə yönəlməyəcək. ABŞ-ın hərbi arsenallarını doldurmaq üçün 20 milyard dollardan çox vəsait istifadə olunacaq. Pulun daha bir hissəsi Amerika hərbçilərinin Ukrayna yaxınlığındakı fəaliyyətinin maliyyələşdirilməsinə sərf olunacaq. Təxminən 14 milyard dollar Ukraynanın özünün silah almasını təmin etmək üçün istifadə olunacaq.

Xatırladaq ki, fevral ayında Senat 95 milyard dollarlıq təcili xərclər paketini, o cümlədən Ukraynaya dəstək üçün 60 milyard dollar, həmçinin İsrail, Tayvana və Qəzza zolağında fələstinlilərə humanitar yardıma ayrılan vəsaiti təsdiqləyib.Nümayəndələr Palatasının spikeri demokratlardan ilk növbədə immiqrasiya siyasətində sərt islahatları dəstəkləməyi tələb edərək, Senatın qəbul etdiyi paketi nəzərdən keçirməkdən imtina edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et