ABŞ Ukraynaya 3,9 milyard dollar məbləğində qrant ayırıb | Banco.az

ABŞ Ukraynaya 3,9 milyard dollar məbləğində qrant ayırıb

Müəllif:Ayşən İmanova/Banco.az

Ukrayna Dünya Bankı vasitəsilə ABŞ-dan 3,9 milyard dollar qrant alıb.

Banco.az xəbər verir ki, bu barədə baş nazir Denis Şmıqal məlumat verib.

"Bu, 2024-cü ildə ABŞ-dan birbaşa büdcə dəstəyinin ilk tranşıdır. Ümumilikdə, Ukrayna bu il ABŞ-dan 7,8 milyard dollar birbaşa büdcə yardımı alacaq", - o bildirib.

Şmıqalın sözlərinə görə, vəsait müəllimlərin, həkimlərin və xilasedicilərin maaşları, sosial müavinətlər kimi prioritet büdcə xərclərinin maliyyələşdirilməsinə kömək edəcək.

Nazir qeyd edib ki, bu, Ukraynaya cari maliyyə dövrünü inamla keçməyə imkan verəcək.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et