Müəllif:Mehin Qasımova/Banco.az
ABŞ Ukraynaya 175 milyon dollar dəyərində hərbi yardım paketi ayırıb.
Banco.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinkenin qəbul etdiyi bəyanatda qeyd edilib.
Bəyanatda deyilir ki, Konqres ABŞ prezidenti Co Baydenin əlavə maliyyə tələbini təsdiqləməsə, bu paket sonuncu ola bilər.
Yeni paketə hava hücumundan müdafiə sistemləri üçün döyüş sursatları, HIMARS sistemləri üçün mərmilər, tank əleyhinə silahlar, artilleriya mərmiləri və radar əleyhinə raketlər daxildir.
Prezident administrasiyasının məlumatına görə, bu məbləğə Ukrayna, İsrail, Tayvana yardım, həmçinin ABŞ-Meksika sərhədində sərhəd xidmətinin maliyyələşdirilməsi daxildir.
Bizi sosial şəbəkələrdən izləyin!!