Müəllif:Ayşən İmanova/Banco.az
ABŞ prezidenti Co Baydenin administrasiyası Ukraynaya təxminən 125 milyon dollar yeni hərbi yardım paketi göndərəcək.
Banco.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “Associated Press” məlumat yayıb.
Paketə hava hücumundan müdafiə raketləri, HIMARS və Javelin sursatları, tank əleyhinə raketlər, dron əleyhinə sistemlər, həmçinin 155 və 105 mm-lik artilleriya sursatları və nəqliyyat vasitələri daxil olacaq. Ağ Evin bu barədə avqustun 23-də, Ukraynanın Müstəqillik Günü ərəfəsində rəsmi açıqlama verəcəyi gözlənilir.
Qeyd edək ki, yardım Pentaqonun ehtiyatlarından verilir və adi haldan daha tez çatdırıla bilər.
Bizi sosial şəbəkələrdən izləyin!!