ABŞ Ukrayna və digər ölkələri dəstəkləmək üçün EBRD-ə 500 milyon dollar ayırır | Banco.az

ABŞ Ukrayna və digər ölkələri dəstəkləmək üçün EBRD-ə 500 milyon dollar ayırır

ABŞ Maliyyə Departamenti Ukrayna və digər ölkələri dəstəkləmək üçün Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD) 500 milyon dollar vəd edib.

Bu barədə ABŞ maliyyə departamentinin yaydığı məlumatda deyilir.

Qeyd olunub ki, vəsait böhranla əlaqədar təxirəsalınmaz tədbirlərin görülməsinə, o cümlədən enerj və ərzaq təhlükəsizliyi sahəsində ehtiyaclarla bağlı olanları, həssas qrupları və məcburi köçkünləri dəstəkləmək üçün mühüm nəqliyyat və logistika infrastrukturunu, o cümlədən fermerlər və ixracatçılar üçün birbaşa maliyyələşdirməni dəstəkləmək üçün istifadə olunacaq.

Göstərilən məbləğ Ukraynaya əvvəllər təsdiq edilmiş yardım paketindən ayrılıb. ABŞ prezidenti Cozef Bayden bu məqsədlər üçün 40 milyard dolların ayrılması haqqında qanun layihəsini may ayında imzalayıb.

Ən sərfəli kredit üçün müraciət et

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et