ABŞ Türkiyə və Suriyaya əlavə 85 milyon dollar yardım göndərəcək | Banco.az

ABŞ Türkiyə və Suriyaya əlavə 85 milyon dollar yardım göndərəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ Türkiyə və Suriyaya əlavə 85 milyon dollar yardım ediləcəyini açıqlayıb.

Banco.az xəbər verir ki, bu barədə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) bəyanatında qeyd olunub.

Bildirilib ki, regionda bir əsrə yaxındır baş verən ən güclü zəlzələdən zərər çəkən Türkiyə və Suriyaya təcili humanitar yardımlar çərçivəsində 85 milyon dollarlıq əlavə yardımın ediləcək.

USAID-in bütün dünyadan gələn dəstəyi yüksək qiymətləndirdiyi və digər ianə verənlərin töhfələrini alqışladığı vurğulanan bəyanatda ABŞ-ın Türkiyə hökumətinə və Suriya xalqına dəstək vermək öhdəliyi bir daha xatırladılıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et