Müəllif: Ayşən İmanova/Banco.az
ABŞ rəsmiləri Türkiyənin maliyyə qurumları ilə əlaqə saxlayıb və Rusiya ilə əməliyyatlara davam edəcəkləri təqdirdə onları sanksiyalarla hədələyiblər.
Banco.az xəbər verir ki, bu məlumatı türk maliyyə konsaltinq sahəsindəki mənbə təsdiqləyib.
“Doğrudur, ABŞ-dan nümayəndə heyəti gəlib, onların nümayəndələri Rusiya tərəfi ilə münasibətləri davam etdirdiyi üçün ölkəmizin banklarını qondarma və ya gizli sanksiyalarla hədələyiblər”, - həmsöhbət bildirib.
Bununla belə, o əlavə edib ki, əməliyyatlar hələ də Türkiyə bankları vasitəsilə həyata keçirilə bilər, lakin bunun üçün bir sıra şərtlərin yerinə yetirilməsi və əməliyyatın mövcud sanksiyalar və məhdudiyyətləri pozmadığına dair uyğunluq prosedurunun bir hissəsi kimi “müəyyən sənədlər və sübutların təqdim edilməsi” tələb olunur.