ABŞ "TikTok"la bağlı yeni tənzimləmələri nəzərdən keçirir | Banco.az

ABŞ "TikTok"la bağlı yeni tənzimləmələri nəzərdən keçirir

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ Çinin “TikTok” tətbiqinin milli təhlükəsizliyi riskə ata biləcəyini əsas gətirərək tədbirləri artırdığını açıqlayıb.

Banco.az xəbər verir ki, ABŞ-da prezident Co Baydenin administrasiyası Çinin video-yayım tətbiqi “TikTok”un milli təhlükəsizliyə təhdid yarada biləcəyini əsas gətirərək bu çərçivədə görülən ehtiyat tədbirlərini artırıb.

Ağ Ev mətbuat katibinin müavini Olivia Dalton Baydenin Virciniya Biçdəki proqramı ilə əlaqədar səyahət etdikləri təyyarədə jurnalistlərin suallarını cavablandırıb.

“TikTok”la bağlı narahatlıqlarını daha əvvəl açıq şəkildə ifadə etdiklərini vurğulayan Dalton qeyd edib ki, Co Bayden administrasiyası rəqəmsal texnologiyalara və amerikalıların məlumatlarından milli təhlükəsizlik riskləri yaradan üsullarla istifadə etməyə çalışan bəzi ölkələrin, o cümlədən Çinin yaratdığı problemlərə xüsusi diqqət yetirir.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, ABŞ-da dövlət qurumlarına TikTok-un rəsmi telefonlarda istifadəsinə qoyulan qadağanın tətbiqi üçün 30 gün vaxt verilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram