Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-dakı bank tənzimləyiciləri banklara kripto aktivləri ilə bağlı xəbərdarlıq edib.
Banco.az xəbər verir ki, ABŞ Federal Ehtiyat Sistemi (FED), ABŞ Federal Əmanətlərin Sığortalanması Korporasiyası (FDIC) və Pullara Nəzarət İdarəsi (OCC) kripto aktivlər bazarında təhlükəsizlik zəifliyindən yaranan likvidlik riskləri ilə bağlı birgə bəyanatla çıxış ediblər.
Kripto-aktivlərlə bağlı əsas likvidlik riskləri barədə bankları xəbərdar edən bəyanatda qeyd olunub ki, kriptovalyutalarla əlaqəli qurumlardan təmin edilən müəyyən maliyyələşdirmə mənbələri depozitlərin daxil olması və götürülməsi miqyasının və vaxtının təyin edilə bilməməsi səbəbindən banklar üçün yüksək likvidlik riskləri yarada bilər.
Bəyanatda kriptovalyuta ilə əlaqəli qurumların müəyyən maliyyə resurslarından istifadə edən bankların öz likvidlik risklərini aktiv şəkildə izləmələrinin və bu cür maliyyələşdirmə mənbələrindən gələn likvidlik risklərinin səviyyəsinə mütənasib olaraq effektiv risklərin idarə edilməsi və nəzarətinin təmin edilməsinin vacib olduğu bildirilib.
Bizi sosial şəbəkələrdən izləyin!!