ABŞ televiziya sənayesində nəhəng imza atılıb | Banco.az

ABŞ televiziya sənayesində nəhəng imza atılıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Walt Disney” və “DirecTV” prinsipial razılığa gəldiklərini açıqlayıblar.

Banco.az xəbər verir ki, “Walt Disney Co.” və “DirecTV” milyonlarla izləyicisi üçün ESPN və ABC kimi kanallara çıxışı bərpa etməyə imkan verəcək yeni razılaşma əldə edib.

Bu barədə şirkətlərin birgə bəyanatında deyilir.

Bəyanarda qeyd edilib ki, “DirecTV” kanalların ötürülməsi üçün “bazar əsaslı ödənişlər” ödəməyə razılaşıb.

Peyk-TV provayderi idman, əyləncə və uşaq proqramlarının izləyiciləri üçün daha dar kanal paketləri təklif etmək hüququ qazanıb. “DirecTV” həmçinin gələn il istifadəyə verildikdən sonra ESPN-in yeni onlayn versiyasını abunəçilərə əlavə ödəniş etmədən təklif edə biləcək.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, sentyabrın 1-də iki şirkət yeni yayım müqaviləsi ilə bağlı razılığa gələ bilmədikdən sonra “Disney”ə məxsus kanallar təxminən 11 milyon “DirecTV” abunəçisi üçün deaktiv edilmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et