ABŞ tarixində üçüncü ən böyük büdcə kəsiri yaranıb | Banco.az

ABŞ tarixində üçüncü ən böyük büdcə kəsiri yaranıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ federal hökumətinin büdcə kəsiri 2024-cü maliyyə ilində ötən illə müqayisədə 8 faiz artıb.

Banco.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi sentyabr və 2024-cü maliyyə ili üzrə büdcə balansı hesabatını dərc edib.

Hesabata görə, 1 oktyabr 2023-cü ildə başlayan və 30 sentyabr 2024-cü ildə başa çatan 2024-cü maliyyə ilinin son ayında federal hökumət 64 milyard dollarlıq büdcə kəsiri ilə üzləşib.

Federal hökumətin ötən ilin eyni ayında 171 milyard dollarlıq büdcə kəsiri var idi.

Sentyabrda hökumətin gəlirləri ötən ilin eyni ayına görə 13 faiz artaraq 528 milyard dollara çatarkən, xərcləri isə 27 faiz azalaraq 463 milyard dollar olub.

Ən sərfəli kredit üçün müraciət et

ABŞ federal hökumətinin 2024-cü maliyyə ili üzrə ümumi büdcə kəsiri isə 1,8 trilyon dollar təşkil edib. Federal hökumətin 2024-cü maliyyə ili büdcə kəsiri ölkə tarixində üçüncü ən böyük kəsir kimi qeydə alınıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et