"ABŞ tariflərlə yenidən zənginləşəcək” | Banco.az

"ABŞ tariflərlə yenidən zənginləşəcək”

Amerika administrasiyasının xarici məhsullara tətbiq etdiyi gömrük rüsumları ABŞ-ı yenidən zənginləşdirəcək.

Banco.az xəbər verir ki, bunu Amerika lideri Donald Tramp  jurnalistlərə  bildirib.

"Düşünürəm ki, tariflərin tətbiqi bir ölkə olaraq gördüyümüz ən böyük iş olacaq. Bu, ölkəmizi yenidən zənginləşdirəcək", - dövlət başçısı hesab edir.

Eyni zamanda  Tramp müsahibəsində onun administrasiyasının tətbiq etdiyi tariflərin bu il ABŞ-da tənəzzülə səbəb olacağına inanıb-inanmadığı sualına cavab verməkdən imtina edib.

"Mən sizə deyim, əlbəttə ki, siz buna şübhə edə bilərsiniz. Kim bilir tənəzzül olub-olmayacağı? Mən yalnız bir şeyi bilirəm: yüz milyardlarla dollar tariflər alacağıq və biz o qədər varlanacağıq ki, bütün bu pulları nə vaxt xərcləyəcəyinizi bilməyəcəksiniz. Sizə deyirəm, bir baxın. Bizdə iş yerləri olacaq. Fabriklərimiz açılacaq. Hər şey gözəl olacaq", - deyə dövlət başçısı yekunlaşdırıb.