ABŞ son 60 ildə ilk dəfə xalis qaz ixracatçısına çevrilib | Banco.az

ABŞ son 60 ildə ilk dəfə xalis qaz ixracatçısına çevrilib

Bu ilin noyabr ayında ABŞ-da təbii qazın ixracı idxalın həcmini üstələyib. "The Wall Street Journal"a istinadən verilən xəbərə görə, bu məlumatı energetika sahəsi üzrə statistik məlumatlar dərc edən "S&P Global Platts" şirkəti yayıb.

Məlumata görə, ABŞ noyabrda orta hesabla gündəlik 210 mln. kubmetr qaz ixrac edib, idxal isə 198 mln. kubmetr olub. Beləliklə, ABŞ son 60 ildə ilk dəfə xalis qaz ixracatçısına çevrilib. Bu, ABŞ-ın qaz hasilatında sıçrayış hesab olunur və ölkənin qlobal qaz bazarına təsirini artırıb.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp vəzifəyə başladığında karbohidrogen ixracına qoyulan əngəllərin aradan qaldırılacağını bildirib. Bu da önümüzdəki dönəmdə təklifin tələbi daha da üstələməsi nəticəsində neft-qaz qiymətlərini bir qədər azaldacaq.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et