ABŞ Senatı Ukrayna, İsrail və Tayvana yardım paketini təsdiqləyib | Banco.az

ABŞ Senatı Ukrayna, İsrail və Tayvana yardım paketini təsdiqləyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ Senatı ümumi məbləği 95 milyard dollar olan xarici yardım paketini təsdiqləyərək Ağ Evə göndərib.

Banco.az xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının ötən həftə sonu təsdiqlədiyi və Senata göndərdiyi xarici yardım paketi Senatın Baş Assambleyasında gecə saatlarında keçirilən səsvermədə 18 əleyhinə, 78 lehinə səs çoxluğu ilə qəbul edilib.

Senatın təsdiqindən sonra Ağ Evə göndərilən paket Ukraynaya 61 milyard dollarlıq hərbi dəstək, 9 milyard dolları Qəzza da daxil olmaqla müharibə bölgələrinə humanitar yardım olmaqla ümumilikdə İsrailə 26 milyard dollar hərbi dəstək, 8,1 milyard dollar isə Hind-Sakit okean regionuna (Tayvan) dəstək üçün ayrılıb.

Senatın təsdiqlədiyi paketə daxil edilən yekun qanun layihəsi həmçinin Rusiyanın ABŞ-dakı aktivlərinin dondurularaq Ukraynaya yardım üçün istifadə edilməsinə, “TikTok”un ABŞ-da qadağan edilməsinə də zəmin yaradır.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, qanun layihəsi ilə bağlı yazılı bəyanat verən ABŞ prezidenti Co Bayden sözügedən qanun layihəsi masasına çatdıqdan sonra çərşənbə günü imzalayacağını bildirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et