ABŞ Senatı 895 milyard dollarlıq müdafiə büdcəsini təsdiqləyib | Banco.az

ABŞ Senatı 895 milyard dollarlıq müdafiə büdcəsini təsdiqləyib

Müəllif:Ayşən İmanova/Banco.az

ABŞ Konqresinin Senatı 2025-ci maliyyə ili üçün (oktyabrın 1-də başlayıb) 895 milyard dollar həcmində ölkənin müdafiə büdcəsinin razılaşdırılmış layihəsini təsdiqləyib.

Banco.az xəbər verir ki, bu barədə “The Hill” nəşri məlumat yayıb.

Məlumata görə, layihənin “lehinə” 85 senator, “əleyhinə” isə 14 senator səs verib. Onun təsdiqlənməsi üçün ən azı 60 səs tələb olunurdu.

Ən sərfəli kredit üçün müraciət et

Ötən həftə büdcə Nümayəndələr Palatasında da 281 səsə qarşı 140 səslə qəbul edilib. Beləliklə, Konqres indi onu təsdiqləyib və imza üçün ABŞ Prezidenti Cozef Baydenə göndərilib.

Nəşrin məlumatına görə, büdcədə ABŞ hərbçilərinin Hind-Sakit okean regionunda mövcudluğunun gücləndirilməsi, yeni quru texnikası və təyyarələrin istehsalı, gəmilərin inşası, həmçinin ABŞ Silahlı Qüvvələrinin bütün xidmətçiləri üçün maaşların artırılmasına vəsait ayrılması nəzərdə tutulur.