ABŞ sanksiyalara məruz qalan Rusiya şirkətinə güzəştə getdi | Banco.az

ABŞ sanksiyalara məruz qalan Rusiya şirkətinə güzəştə getdi

Müəllif - Aida İsaq, Banco.az

ABŞ sanksiya tətbiq olunan şirkətlərin siyahısına daxil olan "Emperor Aviation"nun bəzi əməliyyatları icra etməsinə icazə verib.

Banco.az xəbər verir ki, mülki aviasiyanın təhlükəsizliyini təmin etmək üçün malların, texnologiyaların,  xidmətlərin ixracı və ya təkrar ixracı üçün zəruri olan əməliyyatlara icazə verilir. Eyni zamanda güzəştlər yalnız mülki aviasiya üçün nəzərdə tutuıub. Malların alınması üçün isə təyyarələrin Rusiyada qeydiyyatdan keçməməsi vurğulanıb.

Qeyd edək ki, bundan əvvəl ABŞ Maliyyə Nazirliyinin Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdiyi məlum olub. Belə ki, Rusiyadan olan 28 hüquqi və 14 fiziki şəxs Vaşinqtonun məhdudiyyətləri ilə üz-üzə gəlib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram