Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyalardan yayınmağa kömək etdiyi iddiası ilə Rusiyanın aparıcı banklarından biri olan VTB Banka sanksiya tətbiq edib.
Banco.az xəbər verir ki, nazirliyin açıqlamasında VTB Bankın sanksiyalı İran bankları ilə müxbir bankçılıq əlaqələri qurduğu və İranın maliyyə sisteminə çıxışını təmin edən fəaliyyətlərdə iştirak etdiyi bildirilib.
ABŞ Maliyyə Nazirliyi VTB Bankla əməkdaşlığı davam etdirən xarici maliyyə qurumlarının da sanksiya riski ilə üzləşə biləcəyi barədə xəbərdarlıq edib.
Nazirliyin məlumatına görə, VTB Bank son illərdə İranla maliyyə və ticarət əlaqələrini genişləndirib, o cümlədən rubl və rialla əməliyyatların aparılmasına imkan verən ödəniş mexanizmləri yaradıb.
ABŞ Maliyyə naziri Skott Bessent bildirib ki, Vaşinqton İranın fəaliyyətinə maddi, texnoloji və maliyyə dəstəyi verən şəxsləri və qurumları müəyyən edərək təcrid etməyə davam edəcək.
