ABŞ Rusiyadan almaz idxalına qadağa qoyub | Banco.az

ABŞ Rusiyadan almaz idxalına qadağa qoyub

Müəllif:Mehin Qasımova/Banco.az

ABŞ martın 1-dən Rusiyadan  keyfiyyətsiz brilyant və almaz zinət əşyalarının idxalına qadağa qoyub.

Banco.az xəbər verir ki, bu barədə Rusiyanın Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, 2024-cü il martın 1-dən Rusiyadan ABŞ-a çəkisi 1 karatdan çox olan qeyri-sənaye almazlarının, sentyabrın 1-dən isə 0,5 karatdan idxalı qadağandır.Bu qadağa Rusiya Federasiyasının ərazisində tamamilə və ya qismən hasil edilmiş almazlara şamil edilir. 

Həmçinin mart ayından etibarən ABŞ Rusiya mənşəli və ya Rusiyadan ixrac edilən brilyant zinət əşyaları və keyfiyyətsiz brilyantların idxalını  da qadağan edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et