ABŞ-Rusiya ticarəti: Son 20 il | Banco.az

ABŞ-Rusiya ticarəti: Son 20 il

Rusiyaya qarşı sanksiyalar yenidən ABŞ Konqresinin gündəmindədir. ABŞ siyasətçiləri ölkənin xarici siyasətini müəyyən etmək yönündə, Rusiyaya qarşı iqtisadi sanksiyaların tətbiqi mövzusunu müzakirə edirlər. Təbii ki, əsas sual sanksiyaların qüvvədə qalması və ya aradan qaldırılması məsələsidir.

ilk sanksiya əvvəlki ABŞ prezidenti Barak Obamanın dövründə, 2014-ci ildə Rusiyanın Ukraynanın ərazi bütövlüyünü pozaraq, Krımı özünə birləşdirməsi səbəbindən tətbiq edilmişdir. Bu günə qədər bu cəza tədbirinin həyata keçirilməsi üçü dörd sərəncam verilib. Indi isə görünür ki, iki partiyalı konqres nümayəndələri Rusiyanı ABŞ-da prezident seçkilərinə müdaxiləyə görə cəzalandırmaq istəyir.

Ən sərfəli kredit üçün müraciət et

Census Bureau tərəfindən verilən məlumatlar əsasında hazırlanmış infoqrafika göstərir ki, ABŞ Rusiyaya ixrac etdiyindən daha çox mal idxal edir. 2008-2009-cu illərdə qlobal iqtisadi böhran həm ixrac, həm də idxalda ciddi bir enişə səbəb olmuş, lakin bunun ardından göstəricilər 2011-2012-ci illərdə yüksələn trendlə inkişaf etmiş və  2013-cü ildə, sanksiyaların tətbiqinə qədər özünün pikinə çatmışdır. 

Ən sərfəli krediti almaq üçün müraciət et