ABŞ Senatında Moskvanın qlobal bazarlardan təcrid edilməsinə yönəlmiş yeni qanun layihəsi təqdim edilib.
Banco.az xəbər verir ki, qanun layihəsi Rusiyadan təbii qaz alan bütün ölkələrə 500 faiz gömrük rüsumunun tətbiqini nəzərdə tutur. Qanunun qüvvəyə minəcəyi təqdirdə Türkiyə başda olmaqla bir çox Avropa Birliyi ölkəsinə ciddi təsir edəcəyi gözlənilir.
ABŞ Senatında sürətlə keçən və güclü ikitərəfli dəstək toplayan yeni qanun layihəsi Rusiya prezidenti Vladimir Putini “Ukraynada davamlı sülh üçün səmimi danışıqlara” təzyiq etmək məqsədi daşıyır.
Cənubi Karolinadan Respublikaçı senator Lindsey Graham və Konnektikutdan demokrat senator Riçard Blumentalın birgə təşəbbüsü ilə təqdim edilən qanun layihəsi Avropa Birliyi ölkələrinin təxminən yarısının, eləcə də Türkiyənin iqtisadiyyatına mənfi təsir göstərə bilər.